ABŞ Prezidenti Co Bayden COVID-19-dan sağalıb.
APA xəbər verir ki, bununla bağlı Prezident Bayden "Twitter" hesabında paylaşım edib.
ABŞ Prezidenti COVID-19 testinin neqativ nəticəsini də paylaşıb.
“Ağ Evə dönürəm. Həkimlərə göstərdikləri qayğıya və mənə göstərilən dəstəyə görə təşəkkür edirəm”, - Bayden yazıb.