Baydenin yeni dövlət planı çərçivəsində 500 min miqrant vətəndaşlıq ala biləcək

Baydenin yeni dövlət planı çərçivəsində 500 min miqrant vətəndaşlıq ala biləcək
# 19 iyun 2024 02:58 (UTC +04:00)

ABŞ prezidenti Co Baydenin yeni dövlət planı çərçivəsində 500 min miqrantın vətəndaşlıq ala biləcəyi bildirilir.

APA xəbər verir ki, Ağ Evdən verilən açıqlamada ABŞ prezidenti Co Baydenin yeni planına əsasən, bu ölkədə yaşayan, lakin hüquqi statusu olmayan 500 mindən çox miqrantın vətəndaşlıq ala biləcəyi bildirilir.

Açıqlamada bildirilir ki, yeni qanun layihəsinə görə qanuni statusu olmayan bəzi ABŞ vətəndaşlarının həyat yoldaşlarına yaxın aylarda daimi yaşayış və həmçinin vətəndaşlıq üçün müraciət etməyə icazə verəcək. Dövlət rəsmilərinin fikrincə bu addımdan 500 mindən çox miqran faydalana biləcək.

Tələblərə uyğun olmaq üçün həmin şəxslər bu ilin iyun ayının 17-dən etibarən 10 il ABŞ-da yaşamalı və ABŞ vətəndaşı ilə evli olmalıdırlar.

Müvafiq şəxsin müraciəti təsdiq olunarsa onların “grin kart” almaq üçün müraciət etmək imkanı, müvəqqəti iş icazəsi almaq şansı və bu müddət ərzində deportasiya edilməmək üçün 3 il vaxtı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR