Boliviya Prezidenti ölkədə dövlət çevrilişinə cəhdin oluğunu bildirib

Boliviya Prezidenti ölkədə dövlət çevrilişinə cəhdin oluğunu bildirib
# 27 iyun 2024 01:54 (UTC +04:00)

Boliviya Prezidenti Luis Arse ordunun ölkə paytaxtında addımlarını dövlət çevrilişi adlandırıb və vətəndaşları demokratiyanı müdafiə etməyə çağırıb.

APA xəbər verir ki, bu barədə “Deber” qəzeti məlumat yayıb.

Öz növbəsində, Boliviya Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti La Pazda davam edən hadisələr fonunda Prezident Arse hökumətini dəstəkləməyə çağırıb.

Qeyd edək ki, Boliviya hərbçiləri gecə saatlarında paytaxt La Pazda hökumət binası qarşısındakı meydanı mühasirəyə alıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR