Silahlı Qüvvələrin Hərbi Akademiyasında beynəlxalq ekspertlərin iştirakı ilə tədbir keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasında beynəlxalq ekspertlərin iştirakı ilə tədbir keçirilib
# 07 aprel 2017 15:05 (UTC +04:00)

Müdafiə nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq “Akademik yazı və nəşr işləri” mövzusunda tədbir keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tərəflər akademik yazı və nəşr işlərinə qoyulan tələblər haqqında brifinqlər təqdim edib, magistr dissertasiyalarına qoyulan tələblərə dair müzakirələr aparıblar.

Bundan əlavə, Silahlı Qüvvələrin Hərbi Akademiyasında ilk dəfə magistr dissertasiyasının müdafiəsinin qəbulu akademiyanın professor-müəllim heyətinin və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilib. Magistr dissertasiyaları ekspertlər tərəfindən müsbət qiymətləndirilib. Dinləyicilərə dissertasiya işlərinin yazılması üzrə ekspert rəyləri verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR