DİN: Xaçmazda həmyerlisini güllələyən şəxs könüllü təslim olub - YENİLƏNİB

DİN: Xaçmazda həmyerlisini güllələyən şəxs könüllü təslim olub - <span style="color: red;">YENİLƏNİB
# 05 fevral 2018 09:26 (UTC +04:00)


Daxili İşlər Nazirliyi Xaçmazda törədilən qətllə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevralın 4-də Xaçmaz rayonunun Çarxı kəndində kənd sakini Ehtiram Hidayətov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Əfqan Cəfərova xəsarət yetirib. Ə. Cəfərov hadisə yerində ölüb.

E. Hidayətov könüllü RPŞ-yə gələrək təslim olub.

Xaçmaz RPŞ əməkdaşları tərəfindən onun evinə baxış zamanı “İJ-54” markalı tüfəng aşkarlanaraq götürülüb.

***

09.49

Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çarxı kəndində qeydə alınıb.

Kənd sakini 1973-cü il təvəllüdlü Hidayətov Ehtiram Əliyar oğlu həmkəndlisi, 1973-cü il təvəllüdlü Cəfərov Əfqan Malik oğlunu borca görə düşən mübahisə zamanı özünə məxsus ov tüfəngi ilə qətlə yetirib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR