Bank Of Baku

Blinken Kuleba ilə Ukraynaya yardımı müzakirə edib

Blinken Kuleba ilə Ukraynaya yardımı müzakirə edib
# 19 mart 2022 03:53 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefonla danışıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın geniş yayılmış yazılı bəyanatında deyilir.

Telefon danışığı zamanı Vaşinqtondan Kiyevə hərbi, iqtisadi və humanitar yardım müzakirə edilib.

Dövlət katibi vurğulayıb ki, ABŞ Ukrayna xalqına təhlükəsizlik, humanitar və iqtisadi yardımlar vasitəsilə fəal şəkildə dəstək verir. Blinken bildirib ki, ABŞ Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR