Azərbaycanda yeni futbol klubu yaradılıb

Azərbaycanda yeni futbol klubu yaradılıb
# 23 iyul 2017 08:02 (UTC +04:00)

Azərbaycanda yeni futbol klubu yaradılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, yeni yaradılan “Masallı” klubuna “Xəzər-Lənkəran”-ın bir neçə oyunçusu da cəlb edilib.

Yeni klub ölkə çempionatında iştirak etmək niyyətindədir. Klubun mətbuat xidmətinin rəhbəri Mirələm Həşimov APA-ya bildirib ki, “Masallı” klubu ölkənin cənubunu təmsil edəcək. Ötən gün klubun təqdimatı olub və bir neçə iş adamı kluba sponsorluq edəcəyini bildirib.

Komanda müvəqqəti olaraq Ərkivan qəsəbəsindəki stadionda məşq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR