Bank Of Baku

Blinken və Stoltenberq NATO-nun şərq cinahının gücləndirilməsini müzakirə ediblər

Blinken və Stoltenberq NATO-nun şərq cinahının gücləndirilməsini müzakirə ediblər
# 23 mart 2022 01:54 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken NATO-nun baş katibi Yens Stoltenberq ilə alyansın şərq cinahının gücləndirilməsi və bu həftə keçiriləcək fövqəladə sammitinə hazırlıq məsələlərini müzakirə edib.

APA xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyindən bildirib.

“Entoni Blinken bu gün NATO-nun baş katibi Yens Stoltenberqlə NATO-nun şərq cinahının möhkəmləndirilməsi və martın 24-də NATO-nun fövqəladə sammitinə hazırlıq üzrə davam edən səylər barədə danışıb”, - deyə məlumatada bildirilib.

ABŞ prezidenti Co Bayden sammitdə iştirak etmək üçün Brüsselə yollanacaq.

Dövlət katibi Rusiyann Ukraynaya qarşı müharibəsinə qarşı NATO-nun gücləndirilməsi reaksiyanı alqışlayıb.

Söhbət zamanı Qərb ölkələrindən Ukraynaya humanitar və hərbi yardım müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR