Bank Of Baku

BMT Əfqanıstanla formal əlaqələri bərpa edib

BMT Əfqanıstanla formal əlaqələri bərpa edib
# 18 mart 2022 00:10 (UTC +04:00)

BMT-nin Təhlükəsizlik Şurasının ötən gün qəbul etdiyi qətnamədə Əfqanıstanla formal və uzunmüddətli əlaqələrin qurulmasına razılıq verilib.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, sənəddə “Taliban” sözü yer almır. Eyni zamanda, qətnamədə Əfqanıstanın yeni hökumətinin tanınması barədə heç bir müddəa yoxdur.

Qətnaməyə TŞ-nin 14 üzvü səs verib, Rusiya bitərəf qalıb. Sənəd BMT-nin ölkədəki yeni mandatını, həmçinin əməıkdaşlıq üçün prioritet sahələri müəyyən edib.

Qətnamə layihəsini Norveçin BMT-dəki səfiri hazırlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR