Bank Of Baku

BMT-nin 77-ci sessiyasına sədrlik edən macarıstanlı diplomat  prioritetlərini açıqlayıb

BMT-nin 77-ci sessiyasına sədrlik edən macarıstanlı diplomat  prioritetlərini açıqlayıb
# 12 sentyabr 2022 22:17 (UTC +04:00)

BMT-nin 77-ci sessiyasına sədrlik edəcək macarıstanlı diplomat Çaba Kereşi and içib.

APA-nın TASS-a istinadla xəbərinə görə, diplomat öz səlahiyyətlərindən BMT-nin nizamnaməsinə uyğun şəkildə, qurumun maraqları çərçivəsində istifadə edəcəyinə and içib.

Bundan sonra o, 6-cı sessiyanın rəhbəri, maldivli diplomat Abdulla Şahiddən bayrağı təhvil alıb. Bunun ardınca Kereşi Ukraynada atəşkəs elan etmək və danışıqlara başlamağı təklif edib.

Diplomat eyni zamanda BMT TŞ-da islahatlar üçün danışıqlara başlayacağını da bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR