Bank Of Baku

Boqotada partlayış olub, 11 nəfər yaralanıb

Boqota şəhəri

© APA | Boqota şəhəri

# 27 mart 2022 13:08 (UTC +04:00)

Kolumbiyanın paytaxtı Boqotanın cənubunda polis idarələrinin birində partlayış olub.

APA-nın “El Tiempo” nəşrinə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində ən azı 11 nəfər yaralanıb.

Yaralananlar arasında 2 uşaq da var.

Partlayış zamanı 60-dan çox evin pəncərələrinin şüşələri də sınıb.

Kolumbiya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib və hücumda iştirak edənlərin yerini bildirənlərə 80 min dollar mükafat vəd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR