Braziliya Federal Polisi və Gömrük xidməti Cənubi Amerikanın ən böyük Santos limanında yarım ton narkotik maddə aşkar edib.
APA hüquq-mühafizə orqanlarının mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə San-Paulu əyalətində içərisində 500 kiloqram kokain olan konteynerlərdən birində tapılıb.
"Narkotik maddə Santos limanının terminallarından birində şəkər yükləri arasında konteynerdə gizlədilib", - deyə məlumatda bldirilib.
Yükün təyinat yeri açıqlanmayıb, araşdırmalara başlanılıb.