Oleq Kuznetsova "Rövşən Mustafayev" medalı təqdim olunub

Oleq Kuznetsova "Rövşən Mustafayev" medalı təqdim olunub
# 09 fevral 2017 14:18 (UTC +04:00)

Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda professor Rövşən Mustafayev adına medal və sertifikatın rusiyalı tarixçi-politoloq Oleq Kuznetsova təqdim olunması ilə bağlı tədbir keçirilib.

APA-nın xəbərinə görə, institutun direktoru Aytən Mustafayeva bildirib ki, Oleq Kuznetsov terrorçuluq sahəsində araşdırmalar aparmaqla yanaşı, Rusiya, Qafqaz və Şərqi Avropanın orta əsrlər dövrünün tarixi coğrafiyası üzrə mütəxəssisdir. O, hüquq müdafiəsi sahəsində də fəaliyyət göstərir. A. Mustafayeva Kuznetsovun Cənubi Qafqazda baş verən proseslər, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqe ortaya qoyduğunu vurğulayıb.

"Oleq Kuznetsovun tədqiqatları kifayət qədər ciddidir. Onun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin araşdırılması, üzə çıxarılması, yayılması istiqamətində böyük xidmətləri var".

Oleq Kuznetsov erməni terrorçuluğu mövzusunu 10 il əvvəl Rusiya Dövlət Dumasının işçi qrupunda işləyərkən araşdırmağa başladığını deyib. O, erməni terrorçuluğundan ən çox Türkiyə və Azərbaycanın əziyyət çəkdiyini vurğulayıb: "Erməni terrorçuluğu bütün dünyaya təhlükədir. Mənim bu mövzu ilə məşğul olmağımda məqsəd ölkəmi müdafiə etməkdir. Heç kəs Rusiyanın hansısa bölgəsində 150-200 sonra erməni terrorunun təkrarlanmayacağından əmin olmamalıdır".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR