Bank Of Baku

Ekvador sahillərində 6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB

Ekvador sahillərində 6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB
# 27 mart 2022 13:19 (UTC +04:00)

Zəlzələ nəticəsində Ekvadorun Esmeraldas əyalətində 30 binaya ziyan dəyib.

APA-nın xəbərinə görə, bu barədə Ekvador Fövqəladə Hallarda Risklərin İdarə Edilməsi üzrə Milli Xidməti məlumat yayıb.

Qeyd olunub ki, 6 maqnitudalı zəlzələdən sonra ardıcıl 3.9, 5.1 və 3.5 maqnitudalı üç təkan baş verib. Təkanlar ölkənin 11 əyalətində hiss olunub.

İlkin məlumata əsasən, 2 bina tamamilə dağılıb, 24 yaşayış binası və 4 dövlət qurumunun binasına ziyan dəyib.

Ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.

***

saat 09.42

Ekvador sahillərində 5,6 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 04.28 radələrində baş verən zəlzələnin ocağı 40 km dərinlikdə, Esmeraldas şəhərindən 16 km cənub-şərqdə yerləşib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR