ABŞ-ın Florida ştatının Qrinakres şəhərində “Learjet 60” tipli özəl təyyarə qəzaya uğrayaraq səyyar evlərin yerləşdiyi yaşayış kompleksinin ərazisinə düşüb.
APA xəbər verir ki, qəza noyabrın 1-də, yerli vaxtla saat 13:00 radələrində Palm-Biç dairəsində baş verib.
Təyyarənin yaşayış evlərindən birinə çırpılması nəticəsində güclü yanğın başlayıb.
Palm-Biç dairəsinin yanğınsöndürmə və xilasetmə xidməti hadisə nəticəsində bir neçə nəfərin öldüyünü bildirib.
Təyyarədə neçə nəfərin olduğu, eləcə də yaşayış kompleksindəki insanların arasında ölən və yaralananların olub-olmadığı hələlik məlum deyil.
Hadisənin səbəbləri araşdırılır.