Bank Of Baku

FTB Con Boltonun evində axtarış aparıb

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton

© APA | ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton

# 22 avqust 2025 15:48 (UTC +04:00)

Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Boltonun evində axtarış aparıb.

APANew York Post”a istinadən xəbər verir ki, axtarış əmri FTB direktoru Kaş Patel tərəfindən verilib.

"Heç kim qanundan üstün deyil... FTB agentləri iş başındadır", - deyə FTB direktoru Patel əməliyyatı şərh edib.

Boltonun evində axtarışın onun məxfi informasiyaya malik olması ilə bağlı iddialara görə aparıldığı ehtimal edilir.

Anonim ABŞ rəsmisinin verdiyi məlumata görə, Boltonla bağlı araşma bir neçə il əvvəl başlayıb, lakin Bayden administrasiyası siyasi səbəblərə görə bu araşdırmaya xitam verib.

Qeyd edək ki, Con Bolton 2020-ci ildə nəşr edilən “Bunun baş verdiyi otaq” kitabında bəzi məxfi informasiyalara yer verməkdə ittiham olunurdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR