Qazaxda cücə sexində yanğın olub - FOTO

Qazaxda cücə sexində yanğın olub - FOTO
# 20 mart 2020 03:43 (UTC +04:00)

Qazax rayonunda yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb.

Hadisə zamanı Anar Kərimova aid ümumu sahəsi 600 m² olan cücə sexinin yanar konstruksiyaları və içərisindəki avadanlıqlar yanıb. Yangın zamanı fermada 15 min yumurta tutumu olan 4 ədəd inkubator, 80 min yumurta, 15 min cücə və 400 bildirçin yanaraq tələf olub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR