Mənimsəmədə təqsirləndirilən çobanlar məhkəmə zalında həbs edilib

Mənimsəmədə təqsirləndirilən çobanlar məhkəmə zalında həbs edilib
# 30 yanvar 2017 08:34 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Əliş Abdulov və Mikayıl Əndəlifov barəsində 7 illik həbs cəzası təyin edilib və onlar məhkəmə zalında həbs edilib.

Digər təqsirləndirilənlər - Seymur Zahidov, Cabir Nərimanov və Mirhüseyn Zayidov barəsində isə 1 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Güzdək Qoyunçuluq Sovxozunda çoban işləyiblər. Onlar fermer təsərrüfatına məxsus 400 çox qoyunu mənimsəməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR