Paytaxt sənayesinin 81%-i özəl sektorun əlində cəmləşib

Paytaxt sənayesinin 81%-i özəl sektorun əlində cəmləşib
# 09 fevral 2018 06:29 (UTC +04:00)

2017-ci ildə Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 4,2% azalaraq 33,2 mlrd. manat təşkil edib.

Bakı şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 81,6%-i mədənçıxarma, 16%-i emal, 1,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 81,4% olub. Ümumi istehsalın 86,4%-i sənaye məhsulunun istehsalı, 13,6%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2018-ci il vəziyyətinə 203,3 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 14,1 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR