Rusiya XİN: Yerusəlim iki müstəqil dövlətin - Fələstin və İsrailin paytaxtı olmalıdır

Rusiya XİN: Yerusəlim iki müstəqil dövlətin - Fələstin və İsrailin paytaxtı olmalıdır
# 16 may 2018 11:26 (UTC +04:00)

"Rusiyanın Yerusəlimin statusu ilə bağlı mövqeyi dəyişilməz olaraq qalır. Bu şəhər iki müstəqil dövlətin - Fələstin və İsrailin paytaxtı olmalıdır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Rusiyanın Yerusəlimlə bağlı mövqeyinin dəyişilməz olduğunu təsdiqləmək istəyirəm. Şəhər iki müstəqil dövlətin - Fələstin və İsrailin paytaxtı və bütün üç təkallahlı dinlərin nümayəndələri üçün açıq olmalıdır", - deyə Rusiya XİN sözçüsü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR