Bank Of Baku

Hakerlər külli miqdarda kriptovalyuta ələ keçirib - YENİLƏNİB

Hakerlər külli miqdarda kriptovalyuta ələ keçirib  - YENİLƏNİB
# 15 aprel 2022 07:56 (UTC +04:00)

ABŞ hökuməti “Lazarus Group” haker qrupuna sanksiya tətbiq edib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. Vaşinqton bu qrupun Şimali Koreya ilə əlaqəsi olduğunu iddia edir.

***

06.00

ABŞ kəşfiyyatı ötən ay 620 milyon dollar kriptovalyutanın ələ keçirilməsində Şimali Koreya ilə əlaqəli haker qrupunu ittiham edib.

APA-nın xəbərinə görə, MKİ-nin məlumatında göstrilir ki, Lazarus və APT38 adlı qruplar KXDR-lə sıx əlaqədardır. Hakerlər vəsaiti ələ keçirmək üçün onlayn oyunlardan istifadə ediblər.

ABŞ hərbi kəşfiyyatı bildirir ki, Şimali Koreyanın “121-ci büro” adlı haker qrupu həm ölkə daxilində, həm də xaricdə işləyir. Qriupun hazırda 6 mindən çox üzvü var. Ümumiyyətlə, Şimali koreyalı hakerlər ötən il 400 milyon dollardan çox vəsaiti öz hesablarına keçirə biliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR