Bank Of Baku

Hillari Klinton koronovirusa yoluxub

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton

© APA | ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton

# 23 mart 2022 03:50 (UTC +04:00)

ABŞ-ın sabiq dövlət katibi, 42-ci ABŞ Prezidenti Bill Klintonun həyat yoldaşı Hillari Klinton koronovirusa yoluxub.

APA xəbər verir ki, o bu barədə “Twitter” səhifəsində patlaşım edib.

“COVID üçün verdiyim test müsbət çıxdı. Məndə soyuqdəymə əlamətləri var amma özümü yaxşı hiss edirəm”,- deyə o qeyd edib.

Bir vaxtlar ABŞ prezidentliyinə namizədliyini irəli sürən Hillari Klintonun 74 yaşı var. Bir yaş böyük olan həyat yoldaşı Bill Klinton xəstəlikdən xilas olsa da o, karantinə düşüb.

Hillari Klinton Billin testinin nəticəsinin mənfi olduğunu bildirib və evdə izləmək üçün film tövsiyələri istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR