Kanadanın Baş naziri Castin Trüdo koronavirusa yoluxub.
APA xəbər verir ki, bu barədə hökumət başçısı Tvitterdə məlumat verib.
“Mənim Covid-19 testimin nəticəsi pozitivdir. Lakin özümü yaxşı hiss edirəm. Səhiyyə Nazirliyinin tövsiyəsinə uyğun şəkildə peyvənd olunmuşam” – deyə Trüdo bildirib.
Qeyd edək ki, Trüdo bazar günü Los-Ancelesdə keçirilmiş Amerika zirvə görüşündən qayıdıb.
Onu da əlavə edək ki, Baş nazir yanvar ayında da koronavirusa yoluxmuşdu.