Bank Of Baku

Kolumbiyada məktəb avtobusunun uçuruma düşməsi nəticəsində 6 uşaq ölüb

Kolumbiyada məktəb avtobusunun uçuruma düşməsi nəticəsində 6 uşaq ölüb
# 23 mart 2022 05:24 (UTC +04:00)

Kolumbiyanın şimalında məktəbliləri aparan avtobus uçuruma düşüb.

APA TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 azyaşlı ölüb. Bu barədə çərşənbə axşamı Santander qubernatoru Maurisio Hurtado məlumat verib.

“Laguna de Ortizes - San Andres yolunda məktəb avtobusu qəza törədib. Nəticədə 6 azyaşlı ölüb. Ümumilikdə 15 nəfər xəsarət alıb”, - deyə o “Twitter” səhifəsində yazıb.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR