Bank Of Baku

Lavrov Blinkenin təkliflərini dinləməyə hazır olduğunu bildirib

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 29 iyul 2022 14:10 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Entoni Blinkenin məhbusların mübadiləsi və taxıl ixracı ilə bağlı təkliflərini dinləməyə hazır olduğunu bildirib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN başçısı jurnalistlərə deyib.

Onun sözlərinə görə, Moskva Vaşinqtondan ABŞ-ın müzakirə etmək istədiyi mövzulara aydınlıq gətirməsini istəyib, lakin hələlik qarşı tərəfdən cavab yoxdur.

Lavrov deyib ki, bu günlərdə ABŞ tərəfi bu məsələ ilə bağlı yenidən mətbuatda çıxış edib.

"Əgər biz ABŞ-da və Rusiyada olan məhbusların mübadiləsindən danışırıqsa, artıq XİN səviyyəsində münasibət bildirmişik ki, bu məsələ ötən ilin iyununda ABŞ və Rusiya prezidentləri arasında Cenevrədə baş tutan görüşdə müzakirə olunub və onlar razılaşıb ki, bu məsələnin həlli ilə bağlı xüsusi səlahiyyətlilər təyin etsinlər. Xarici İşlər Nazirliyi isə onların arasında deyil. Ancaq hər halda, gəlin qarşı tərəfin nə deyəcəyini eşidək”, - Lavrov bildirib.

Rusiya XİN başçısı vurğulayıb ki, Ukrayna taxılı ilə bağlı onların BMT Baş katibinin təşəbbüsü fonunda üzərinə götürdükləri öhdəlikləri necə yerinə yetirəcəklərini eşitmək maraqlı olardı: “Dövlət katibi Blinkenin mənimlə Ukrayna məsələsini müzakirə etməyəcəyini dediyini eşitdim, çünki Ukrayna özü öz maraqlarını təmsil etməlidir. ABŞ-ın onlar üçün işləməyə, onları təmsil etməyə haqqı yoxdur. Ancaq xatırlatmaq istərdim ki, təxminən bir həftə əvvəl mən müsahibələrimin birində suala cavab verərkən demişdim ki, bizim Ukrayna ilə danışıqlarda heç bir qərəzimiz yoxdur, Dövlət Departamentinin nümayəndəsi Ned Prays dərhal bildirdi ki, ABŞ indi Ukraynanın Rusiya ilə danışıqlara ehtiyacı olmadığını hesab edir".

Lavrov Blinkenlə telefon danışığının tarixinin razılaşdırılma mərhələsində olduğunu, lakin iyulun 29-da bu telefon danışığının baş tutmayacağını deyib.

"Biz Afrikada səfərdə olarkən Blinkenin telefon əlaqəsi saxlamaq istəyini öyrəndik. O, televiziyada çıxışında bildirdi ki, mənimlə telefon əlaqəsi saxlayacaq və biz rəsmi müraciət aldıq. Biz indi telefon əlaqəsinin vaxtı ilə bağlı razılığa gəlirik, bu, mənim ofisdə olduğum müddətdə baş tutmalıdır. Aydındır ki, bu gün baş tutmayacaq. Amma yaxın günlərdə biz amerikalı həmkarlarımıza əlverişli tarix təklif edəcəyik", - nazir əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR