Xaçmazda sərxoş sürücü qəza törədib - FOTO

Xaçmazda sərxoş sürücü  qəza törədib - FOTO
# 19 mart 2020 13:42 (UTC +04:00)

Xaçmazda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayon sakini, 1974-cü il təvəllüdlü Zeynalov Şahlar Qürbət oğlu sərxoş vəziyyətdə Azər Alışova məxsus “VAZ 2107” markalı avtomobili qaçıraraq yol-nəqliyyat hadisəsi törədib.

Şəhərin Məmməd Əmin Rəsulzadə küçəsində avtomobili divara çırpan Ş.Zeynalov özü ağır bədən xəsarətləri alıb. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıya müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR