DİM İlahiyyat Kollecinə qəbul olmaq istəyənlərə müraciət edib

DİM İlahiyyat Kollecinə qəbul olmaq istəyənlərə müraciət edib
# 28 iyun 2024 17:04 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi İlahiyyat Kollecinin Dini mənəvi xidmət ixtisasına qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərə müraciət edib.

DİM-dən APA-ya verilən xəbərə görə, abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Dini mənəvi xidmət ixtisasına qəbul olmaq istəyən abituriyentlərin müsahibədə iştirak etməsi üçün ərizə qəbulu 15-29 may tarixlərində aparılıb və müddət ərzində 26 nəfər qeydiyyatdan keçib.

Dini mənəvi xidmət ixtisası üzrə Dini-Psixoloji Komissiya 4 iyul 2024-cü il tarixində Azərbaycan İlahiyyat İnstitutunda (ünvan: Bakı ş., Yasamal rayonu, Məhəmməd Naxçıvani küç., 29) fəaliyyət göstərəcək.

İştirakçılar saat 09:00-da şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.

Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılacaq.

Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı tam orta təhsil bazasında orta ixtisas təhsili səviyyəsinə aid digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutu yanında İlahiyyat Kollecinin Dini mənəvi xidmət ixtisasını da seçə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR