Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndi ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.
APA-nın yerli müxbirinin xəbərinə görə, özünü kanala atan şəxs 2005-ci il təvəllüdlü Ağcabədi rayon sakini Cavadov Akşin Xəyyam oğludur. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub.
Hazırda xilasedicilər A. Cavadovun axtarışını davam etdirirlər.
***
09:04
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
APA-n;n nazirliyin saytına istinadən xəbərinə görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.