Bank Of Baku

“Moderna” şirkəti vaksinə görə “Pfizer” və “BioNTech”i məhkəməyə verib

“Moderna” şirkəti vaksinə görə “Pfizer” və “BioNTech”i məhkəməyə verib
# 29 avqust 2022 00:15 (UTC +04:00)

ABŞ-ın “Moderna” şirkəti “Pfizer” (ABŞ) və “BioNTech” (Almaniya) şirkətlərinə qarşı iddia qaldırıb.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, “Moderna” qarşı tərəfləri onun patentlərindən isrtifadədə ittiham edir. “Moderna”nın hüquqşünasları iddia edirlər ki, “Pfizer/BioNTech” koronavirus əleyhinə vaksin hazırlayarkən onların 2010 və2016-cı ildə əldə etdikləri patentdən istifadə edib. Bununla belə, “Moderna”nın istehsal texnologiyasına heç kim müdaxilə edə bilməyib.

Şirkət məhkəməyə 2 yerdə - ABŞ-ın Massaçusest ştatında və Almaniyanın Düsseldorf şəhərində müraciət edib. Qarşı tərəflər iddia ərizəsi ilə bağlı açıqlama verməyib.

Hüquqşünaslar bu tip məhkəmə çəkişmələrinin illərlə davam edəcəyi qəmnaətindədirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR