ABŞ nüvə silahına ayrılan investisiyanı artırmağı planlaşdırır

ABŞ nüvə silahına ayrılan investisiyanı artırmağı planlaşdırır
# 12 mart 2019 05:21 (UTC +04:00)

ABŞ administrasiyası 2020-ci maliyyə ilində ölkənin nüvə arsenalının müasirləşdirilməsi və təhlükəsizliyinin təmin edilməsinə dair energetika nazirliyi proqramlarına investisiya qoyuluşunun məbləğini artırmağı planlaşdırır.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi günü Ağ Ev tərəfindən Konqresə baxılması üçün göndərilən gələcək maliyyə ilinə dair ABŞ-ın federal büdcə layihəsində qeyd olunur.

Bildirilir ki, rəsmi Vaşinqton növbəti il ərzində milli təhlükəsizliyin təmin edilməsini nəzərdə tutan energetika nazirliyi ilə bağlı büdcə layihəsinin sorğu sənədlərində məbləği 23,7 milyard dollara çatdırmaq istəyir. Onlardan 8 milyard dolları birbaşa nüvə arsenalının qorunması və müasirləşdirilməsinə, 16,5 milyard dolları isə ümumilikdə nüvə proqramına, “köhnəlmiş infrastruktur”un müasirləşdirilməsinə, obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsinə və nüvə silahlarının yayılmasına qarşı istifadə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR