Bank Of Baku

Nyu-York metrosunda atışmada şübhəli bilinən şəxs həbs edilib

Nyu-York metrosunda atışmada şübhəli bilinən şəxs həbs edilib
# 13 aprel 2022 23:30 (UTC +04:00)

Nyu-York metrosunda silahlı insident törətməkdə şübhəli bilinən 62 yaşlı Frenk Ceyms saxlanılıb.

APA-nın ABŞ mətbuatına istinadən xəbərinə görə, bu barədə Nyu-York Polis Departamenti (NYPD) məlumat yayıb.

Məlumata görə, şübhəli şəxsin yeri vətəndaşlar tərəfindən müəyyən edilərək polisə xəbər verilib.

Əraziyə səfərbər olunan patrul polisi onu İst Vilic (East Village) adlanan ərazidə əlavə insident yaşanmadan həbs edə bilib.

ABŞ federal qanunvericiliyinin ictimai nəqliyyatda terror aktı və ya digər zorakılıq əməli törətmək maddəsi ilə ittiham edilən Ceyms Frenk, günahı sübuta yetirilərsə ömürlük həbs ediləlcək.

Rəsmilər onun cinayəti törətməkdə motivasiyasının hələ də qeyri müəyyən olaraq qaldığını bildirirlər.

Qeyd edək ki, insident nəticəsində 20-dən çox şəxs yaralanıb, onların həyati təhlükə ilə üzləşmədiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR