Bank Of Baku

Pentaqon rəhbəri Ukraynanın müdafiə naziri ilə görüşə bilər

Pentaqon rəhbəri Ukraynanın müdafiə naziri ilə görüşə bilər
# 19 mart 2022 07:56 (UTC +04:00)

"ABŞ üçüncü ölkələrdən Ukraynaya hərbi təyyarələrin verilməsinə mane olmayacaq".

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin CNN telekanlına müsahibəsində deyib.

“Digər dövlətlər uyğun bildiklərini etməkdə azaddırlar. ABŞ yardım edən ölkələrin qarşısında qətiyyən maneə törətməyəcək”, - deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ ukraynalılara döyüşdə fərq yaratmağa imkan verəcək vasitələri, o cümlədən hava hücumundan müdafiə sistemləri, tank əleyhinə sistemlər, pilotsuz təyyarələr və effektivliyi sübut edilmiş digər döyüş vasitələrinin göndərilməsini davam etdirəcək.

O, yaxın vaxtlarda Ukraynanın müdafiə naziri Aleksey Reznikovla görüşməyə ümid etdiyini də əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR