Rusiya Prezidenti Vladimir Putin bu il ABŞ Prezidenti Co Baydeni və amerikalıları Müstəqillik Günü münasibətilə təbrik etməyəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xeyr, bu il təbrik teleqramı göndərilməyəcək", - Kremlin sözçüsü vurğulayıb.
Peskovun sözlərinə görə, bu, 2022-ci ildə faktiki olaraq ABŞ-ın Rusiyaya qarşı qeyri-dost siyasətinin kuliminasiya nöqtəsinə çatması ilə bağlıdır: "Ona görə də, təbii ki, bu şərtlər daxilində, çətin ki, belə bir təbrik mesajı göndərilməsini məqsədəuyğun hesab etmək olar".