Bank Of Baku

Quterreş: “Ukraynaya hücum ərzaq böhranına səbəb ola bilər”

Antonio Quterreş

© APA | Antonio Quterreş

# 23 mart 2022 21:35 (UTC +04:00)

Rusiyanın Ukraynaya hücumu Yaxın Şərqdə və Şimali Afrikada ərzaq böhranına səbəb ola bilər.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Quterreş bildirib ki, Ukrayna və Rusiyadan taxıl idxalının dayanması bir çox ölkədə iğtişaşlara səbəb ola bilər.

“Ərzaq, yanacaq və gübrə qiymətləri kəskin artır, tədarük zənciri qırılır. Bütün bunlar ən kasıb ölkələri sərt şəkildə vurur və dünyada siyasi qeyri-sabitlik və iğtişaşların toxumunu əkir”, - deyə Quterreş bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR