Paşha Bank
Bank Of Baku

Reuters: Tramp İrana zərbələri müvəqqəti dayandıra bilər

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 15 noyabr 2026 02:23 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp İran və Yəməndəki husilər tərəfindən yeni təxribatların baş verməyəcəyi təqdirdə Tehrana qarşı hərbi zərbələri dayandırmaq imkanını nəzərdən keçirir.

“Reuters” agentliyinin mənbələrə istinadən məlumatına görə, Tramp son günlər yüksəkvəzifəli müşavirləri ilə bu məsələni müzakirə edib.

Mənbələr bildiriblər ki, ABŞ qüvvələri İran və ya Tehranın dəstəklədiyi “Ənsar Allah” hərəkatının yeni təxribatları ilə üzləşməzsə, Vaşinqton əlavə hərbi zərbələrdən çəkinə bilər.

Agentliyin məlumatına əsasən, Tramp münaqişənin necə dayandırılacağı ilə bağlı hələ yekun qərar qəbul etməyib.

ABŞ Prezidenti eyni zamanda regiondakı müttəfiq ölkələrin mövqeyini nəzərə alır. Həmin ölkələrin nümayəndələri Vaşinqtonu genişmiqyaslı hərbi əməliyyatları bərpa etməməyə çağırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR