Bank Of Baku

Rubio ABŞ-ın Ukraynada sülh səylərindən geri çəkilə biləcəyini təsdiqləyib

Rubio ABŞ-ın Ukraynada sülh səylərindən geri çəkilə biləcəyini təsdiqləyib
# 19 aprel 2025 01:18 (UTC +04:00)

ABŞ dövlət katibi Marko Rubio NATO-nun baş katibi Mark Rutte ilə söhbətində Ukraynada sülh danışıqları nəticə verməyəcəyi təqdirdə ABŞ-ın vasitəçilik səylərindən geri çəkiləcəyini təsdiqləyib.

APA xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Temmy Bryus deyib.

"Dövlət katibi Marko Rubio bu gün NATO-nun baş katibi Mark Rutte ilə danışıb. Dünən Parisdə Ukrayna nümayəndə heyətinə və Rusiya rəsmilərinə təqdim olunan sülh təklifi barədə ona məlumat verib. O vurğulayıb ki, xalqımız müharibənin sona çatmasına kömək etməyə sadiq olsa da, tezliklə nəticə əldə edilməsə, ABŞ sülh vasitəçiliyi səylərindən geri çəkiləcək ", - Bryus əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR