Paşha Bank
Bank Of Baku

Müxalif “Güclü Ermənistan” partiyasının Stepanavan meri postuna namizədi istintaq təcridxanasında ölüb

Arsen Qevorqyan

© APA | Arsen Qevorqyan

# 10 noyabr 2026 11:41 (UTC +04:00)

Ermənistanda “Güclü Ermənistan” partiyasının Stepanavan icmasının rəhbəri postuna namizədi Arsen Qevorqyan istintaq təcridxanasında vəfat edib.

Bu barədə Ermənistanın “Panorama.am” nəşri məlumat yayıb.

Məlumata görə, 46 yaşlı Qevorqyan noyabrın 10-da səhər saatlarında saxlanıldığı penitensiar müəssisədə ürək tutmasından dünyasını dəyişib.

Ermənistan Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nona Navikyan “Panorama.am”a açıqlamasında ölüm xəbəri ilə bağlı rəsmi məlumatın yaxın zamanda yayılacağını bildirib.

Qeyd edək ki, Arsen Qevorqyan oktyabrın 21-də seçicilərin satın alınmasında ittiham olunaraq iki ay müddətinə həbs edilib. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi onun qrup halında seçicilərə rüşvət verməkdə və bu prosesə yardım etməkdə şübhəli bilindiyini açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR