ABŞ İranın heç vaxt nüvə silahına sahib olmamasını milli təhlükəsizlik baxımından əsas prioritet hesab edir.
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Filippinin paytaxtı Manilada keçirilən ASEAN xarici işlər nazirlərinin toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Rubionun sözlərinə görə, Vaşinqtonun strateji məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını qəti şəkildə almaqdır və bu məsələdə ABŞ-ın mövqeyi dəyişməz olaraq qalır: "ABŞ nüvəsizləşdirilmiş və heç vaxt nüvə silahına sahib olmayacaq İran görmək istəyir. İranın gələcəyinə kimin rəhbərlik etməsi ayrıca məsələdir. Əlbəttə, nüvə silahı istəməyən insanların hakimiyyətdə olması daha yaxşı olardı. Ancaq bizim əsas marağımız rejimin kimliyindən deyil, İranın nüvə silahına sahib olmamasından ibarətdir".
Rubio qeyd edib ki, ABŞ İranın nüvə silahı əldə etməsini qlobal təhlükəsizlik üçün ən ciddi təhdidlərdən biri hesab edir.
"Bizim üçün əsas təhlükə nüvə silahına sahib olan bu radikallardır. Donald Tramp prezident olduğu müddətdə bunun baş verməsinə imkan verilməyəcək", - ABŞ dövlət katibi vurğulayıb.