Bank Of Baku

Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb

ABŞ dövlət katibi Marko Rubio

© APA | ABŞ dövlət katibi Marko Rubio

# 09 noyabr 2026 02:47 (UTC +04:00)

ABŞ dövlət katibi Marko Rubio Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında keçiriləcək üçtərəfli danışıqlarda irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib.

APA xəbər verir ki, bu barədə o, G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Parisə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Ola bilsin ki, sabah Əbu-Dabidə müəyyən irəliləyiş əldə olunsun. Cared Kuşner və Stiv Uitkoff ora yollanırlar. Düşünürəm ki, onlar artıq yoldadırlar”, – Rubio bildirib.

ABŞ dövlət katibi Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda təhlükəsizlik zəmanətlərinin əsas müzakirə mövzularından biri olduğunu vurğulayıb.

“Rusiya və Ukrayna haqqında danışdığımız bütün müddət ərzində bir məsələ daim gündəmə gəlir – təhlükəsizlik zəmanətlərinin zəruriliyi, müharibədən sonra Ukraynanın və daha geniş mənada Avropa qitəsinin təhlükəsizlik arxitekturasının necə qurulacağı. Bu, hər bir müzakirədə qaldırılan əsas məsələlərdən biridir”, – o qeyd edib.

Xatırladaq ki, Kremlin sözçüsü Dmitri Peskovun məlumatına görə, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR