Bank Of Baku

Rubio: İranla müharibə quru qoşunları olmadan həftələr içində bitə bilər

ABŞ dövlət katibi Marko Rubio

© APA | ABŞ dövlət katibi Marko Rubio

# 28 mart 2026 09:19 (UTC +04:00)

"ABŞ İran müharibəsindəki məqsədlərinə quru qoşunları olmadan da nail ola bilər".

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Fransada G7 həmkarları ilə görüşdükdən sonra jurnalistlərə bildirib.

Rubio qeyd edib ki, ABŞ İranla müharibənin aylar deyil, həftələr ərzində başa çatacağını gözləyir.

Onun sözlərinə görə, Vaşinqton quru qoşunlarından istifadə etmədən bütün məqsədlərinə çata bilər:

“Növbəti bir neçə həftə ərzində onlarla işimizi bitirdikdə, onlar yaxın tarixdə olduğundan daha zəif olacaqlar".

Rubio, eyni zamanda, İranın ABŞ-a mesajlar göndərdiyini, lakin ABŞ-ın təklif etdiyi sülh planına cavab vermədiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR