Bank Of Baku

Rubio Meksikanın XİN başçısı ilə narkokartellərin ləğvi istiqamətində addımları müzakirə edib

Meksikanın xarici işlər naziri Roberto Velasko və ABŞ dövlət katibi Marko Rubio

© APA | Meksikanın xarici işlər naziri Roberto Velasko və ABŞ dövlət katibi Marko Rubio

# 27 avqust 2026 02:52 (UTC +04:00)

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda Meksikanın xarici işlər naziri Roberto Velasko Alvareslə görüşündə narkokartellərin məhv edilməsinə yönəlmiş “qətiyyətli tədbirləri” müzakirə edib.

APA xəbər verir ki, Rubio bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.

ABŞ dövlət katibi bildirib ki, görüş zamanı qanunsuz miqrasiyanın qarşısının alınması, sintetik opioid fentanilin tədarükünün dayandırılması, həmçinin xarici terror təşkilatlarının və narkokartellərin ləğvi istiqamətində “qətiyyətli tədbirlər” müzakirə olunub.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqotun görüşün yekunları ilə bağlı yazılı açıqlamasında bildirilib ki, Rubio və Alvares sözügedən kartellərin “silahsızlaşdırılması” istiqamətində səyləri də müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR