A seriyasında favoritlər asan qələbə qazanıblar

A seriyasında favoritlər asan qələbə qazanıblar
# 03 fevral 2020 01:44 (UTC +04:00)

İtaliya A seriyasında XXII turun mübarizəsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 6 oyun keçirilib.

Gündüz saatlarında "Yuventus" meydana çıxıb. Çempionatın lideri uğursuz mövsüm keçirən "Fiorentina"nı qəbul edib. Kriştianu Ronaldonun penalti zərbələri ilə dubl etdiyi görüşdə digər qola da Matteys de Liqt imza atıb və "qoca sinyora" 3 xalı 3 cavabsız qolla aktivinə yazdırıb.

İlk "üçlük"də yer alan "Latsio" autsayderlər zonasında qərarlaşan "Spal"ı paytaxt Romada darmadağına məruz qoyub.

"Milan" isə digər autsayder "Verona"nı sınağa çəkib. "Rossonyerlər" Zlatan İbrahimoviçsiz qələbə qazana bilməyiblər.

Günün son matçında "İnter" Udinedə yerli "Udineze"yə Romelu Lukakunun qolları ilə qalib gəlib.

Qeyd edək ki, turun "Sampdoriya" - "Napoli" oyunu fevralın 3-də baş tutacaq.

İtaliya A seriyası
XXII tur
2 fevral
"Yuventus" - "Fiorentina" - 3:0

Ronaldo, 40 (pen.), 80 (pen.); de Liqt, 90+1
"Milan" - "Verona" - 1:1
Çalhanoğlu, 29 - Faraoni, 13
"Atalanta" - "Cenoa" - 2:2
Toloi, 13; İliçiç, 35 - Krişito, 19 (pen.); Sanabria, 33
"Latsio" - "Spal" - 5:1
İmmobile, 3, 29; Kaysedo, 16, 38; Adekanye, 58 - Missiroli, 65
"Leççe" - "Torino" - 4:0
Deola, 11; Barak, 19; Falko, 64; Lapadula, 78 (pen.)
"Udineze" - "İnter" - 0:2
Lukaku, 64, 71

1

Yuventus

22

17

3

2

43-21

54

2

İnter

22

15

6

1

44-18

51

3

Latsio

21

15

4

2

52-20

49

4

Atalanta

22

11

6

5

59-30

39

5

Roma

22

11

6

5

40-27

39

6

Kalyari

22

8

8

6

38-34

32

7

Parma

22

9

5

8

31-29

32

8

Milan

22

9

5

8

23-27

32

9

Verona

21

8

6

7

26-23

30

10

Bolonya

22

8

6

8

34-34

30

11

Napoli

21

7

6

8

30-29

27

12

Torino

22

8

3

11

26-39

27

13

Sassuolo

22

7

5

10

36-37

26

14

Fiorentina

22

6

7

9

25-32

25

15

Udineze

22

7

3

12

19-35

24

16

Sampdoriya

21

5

5

11

20-33

20

17

Leççe

22

4

7

11

27-42

19

18

Cenoa

22

3

7

12

23-43

16

19

Breşiya

22

4

3

15

20-41

15

20

Spal

22

4

3

15

16-38

15

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR