Xankəndidə 43 avtomat silahı, 3 tapança, 8 tüfəng aşkar edilib

Xankəndidə 43 avtomat silahı, 3 tapança, 8 tüfəng aşkar edilib
# 18 may 2024 11:39 (UTC +04:00)

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevirilməsi üçün DİN əməkdaşları tərəfindən müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlərlə 11-18 may tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 43 avtomat silahı, 3 tapança, 8 tüfəng, 15 qumbara, 1 ədəd bomba (C4), 19 alışdırıcı, 209 patron darağı, 6480 ədəd müxtəlif çaplı patron, 15 ədəd süngü-bıçaq, 1 ədəd videomüşahidə dronu və digər sursatlar, Şuşa, Füzuli və Xocalı rayonları ərazisindən isə 13 avtomat silahı, 2 qumbaraatan, 1 pulemyot və 60 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR