Bank Of Baku

Salvador Prezidenti həbsdəki cinayətkar dəstə üzvlərini ölümlə hədələyib

Salvador Prezidenti həbsdəki cinayətkar dəstə üzvlərini ölümlə hədələyib
# 30 mart 2022 16:55 (UTC +04:00)

Salvador Prezidenti Nayib Bukele həbsxanadakı cinayətkar qrupların üzvlərini ölümlə hədələyib.

APA “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, o, bu barədə “Twitter”də paylaşım edib.

Salvador Prezidentini buna ölkəsində hər gün artan zorakılıq dalğası vadar edib.

Salvador dövlət başçısı azadlıqda olan cinayətkar dəstə üzvlərini də ölümlə hədələyib.

Belə ki, o, həbsxana nəzarətçilərinin dustaqları yarıçılpaq şəkildə qaçırtdığını əks etdirən foto da yayıb.

“Öldürməyi dayandırın, yoxsa bədəlini onlar ödəyəcək”, - Nayib Bukele əlavə edib.

Qeyd edək ki, Salvadorda törədilən qətllərin böyük əksəriyyəti dəstələrarası münaqişə zəminində baş verir. Təkcə cümə günündən bu yana 87 nəfərin öldürüldüyü bildirilir. Polis cinayətlərə görə ölkənin ən böyük iki dəstəsi “Mara Salvatrucha” və ya “MS-13”-ün məsuliyyət daşıdığını bildirərək 5 dəstə liderini həbs edib.

Zorakılıqla mübarizə üçün hökumət bazar günü fövqəladə vəziyyət elan edib və polisə daha sıx yoxlanış keçirməsi əmr edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR