Qadını döyərək xəsarət yetirən şəxs məhkəmə zalında həbs olunub

Qadını döyərək xəsarət yetirən şəxs məhkəmə zalında həbs olunub
# 19 sentyabr 2017 09:12 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını döyərək xəsarət yetirməkdə təqsirləndirilən Yaşar Balayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, Y. Balayev 5 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan təqsirləndirilən məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Binəqədi rayonunda baş verib. Y. Balayev Lalə Fətullayeva adlı tanışından borc verdiyi pulu geri qaytarmasını istəyib. Bu zaman onlar arasında dava düşüb. Y. Balayev L. Fətullayevanı döyərək bədən xəsarətləri yetirib. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR