Masallıda avtomobil 11 yaşlı oğlanı vurub

Masallıda avtomobil 11 yaşlı oğlanı vurub
# 05 avqust 2017 23:00 (UTC +04:00)

Masallıda avtomobil yolu keçmək istəyən 11 yaşlı oğlanı vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Masallıda parklardan birinin qarşısında qeydə alınıb. Masallı sakini 2006-cı il təvəllüdlü Ziya Anar oğlu Gülverdiyev yolu keçmək istəyərkən onu “Mitsubishi” markalı avtomobil vurub.

Yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Fakt araşdırılır.

Masallı Rayon Yol Polisi Şöbəsinin rəisi İkram Məmmədov APA-nın müxbirinə hadisəni törədən sürücünün Masallı Dövlət Arxiv İdarəsinin rəisi Daşqın Nəzərovun oğlu olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR