İran HDQ komandanı: Nüvə enerjisi ilə çalışan mühərriklərə ehtiyacımız var

İran HDQ komandanı: Nüvə enerjisi ilə çalışan mühərriklərə ehtiyacımız var
# 26 noyabr 2017 08:02 (UTC +04:00)

İran Hərbi Dəniz Qüvvələri (HDQ) sualtı qayıqları üçün nüvə enerjisi ilə çalışan mühərriklərin əldə edilməsini zəruri sayır.

APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Hanzadi bəyan edib.

Bu vəzifəyə təyinatından sonra ilk dəfə mətbuata açıqlama verən admiral Hanzadi deyib ki, sualtı qayıq aşkarlanmadığı müddətdə mövcuddur və yeri müəyyənləşdirilən andan artıq mövcud sayıla bilməz. Admiral İranın dəniz altında maraqlarının qorunması üçün mütləq nüvə yanacağı ilə çalışan mühərrikə ehtiyacı olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR