Bank Of Baku

"SpaceX" ABŞ Kosmik Qüvvələri üçün “Falcon 9” raketini orbitə göndərib

"SpaceX" ABŞ Kosmik Qüvvələri üçün “Falcon 9” raketini orbitə göndərib
# 22 noyabr 2026 04:43 (UTC +04:00)

ABŞ-ın “SpaceX” şirkəti ölkənin Kosmik Qüvvələri üçün nəzərdə tutulan USSF-317 missiyası çərçivəsində “Falcon 9” daşıyıcı raketini orbitə buraxıb.

Bu barədə şirkət “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, raket noyabrın 20-də axşam saatlarında Kaliforniya ştatındakı Vandenberq hərbi bazasından buraxılıb.

“Falcon 9” USSF-317 missiyasının faydalı yükünü orbitə çıxarıb.

Kosmik aparatların texniki xüsusiyyətləri və təyinatı barədə ətraflı məlumat açıqlanmayıb.

“Spaceflight Now” nəşrinin məlumatına görə, missiya çərçivəsində peyklərin orbitə çıxarıldığı ehtimal edilir. Lakin nə “SpaceX”, nə də ABŞ Kosmik Qüvvələri bu məlumatı təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR