Yolda sürüşmə olub, Bibiheybət məscidindən Bakının mərkəzi istiqamətində yeni yolla hərəkət məhdudlaşdırılıb

Yolda sürüşmə olub, Bibiheybət məscidindən Bakının mərkəzi istiqamətində yeni yolla hərəkət məhdudlaşdırılıb
# 24 noyabr 2019 19:40 (UTC +04:00)

Yolda baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən Bakı şəhəri istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur.

Məhdudlaşma ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq: “Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR