Xəzərdə iki nəfər batıb, daha iki nəfər xilas edilib

Xəzərdə iki nəfər batıb, daha iki nəfər xilas edilib
# 01 avqust 2015 18:53 (UTC +04:00)

Bakı-APA. Bu gün axşam saatlarında çimərliklərdə iki nəfər batıb və batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Neftçala rayonu ərazisində dənizdə (nəzarət olunmayan ərazidə) 1 nəfərin cəsədi nazirliyin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:30-da başa çatıb.

Bakı şəhəri, Xəzər rayonunda dənizdə batdığı ehtimal olunan bir nəfərin axtarışlarına nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılıb. Əlavə məlumat veriləcək.

Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub. Əməliyyat saat 19:20-də başa çatıb.

Bakı şəhəri, Səbail rayonunda dənizdə (“Şıx-2” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub. Əməliyyat saat 19:05-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR